olkepress.com
olkepress.com

Deputatlar Əmək Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər

2-03-2021, 10:53

Deputatlar Əmək Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklərMartın 3-də Milli Məclisin iki komitəsinin iclası keçiriləcək.

Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

Saat 11:00-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dinləmə olacaq.

Dinləmə innovasiyalar və iqtisadiyyatın davamlı inkişafı mövzusundadır.

Eyni saatda parlamentin Əmək və sosial siyasət komitəsinin də iclası keçiriləcək.

İclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi