olkepress.com
olkepress.com

"Bakıdan İstanbula bilet 800 manatadır" - AZAL tənqid olundu

23-02-2021, 22:28

"Bakıdan İstanbula bilet 800 manatadır" - AZAL tənqid olunduSon günlərdə sosial şəbəkələrdə tənqid olunan məsələlərdən biri də Azərbaycan Hava Yolları QSC-nin biletləri baha qiymətə satması ilə bağlıdır.
Olkepress.com Qafqazinfo-a istinadən xəbər verir ki, bununla bağlı hüquq müdafiəçisi Aslan İsmayılov da öz səhifəsində paylaşım edib.

"Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tiflisdən İstanbula biletin dəyərinin 110 manat olduğu halda Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu əsl talançılıqdır. Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır", - deyə o qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi