olkepress.com
olkepress.com

Əli Həsənovun bacısı oğlu da polisdəki vəzifəsindən azad edildi

12-02-2021, 19:28

Əli Həsənovun bacısı oğlu da polisdəki vəzifəsindən azad edildiPrezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.

Sfera.az-ın məlumatına görə, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsi Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin bölük komandiri vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, bundan öncə Əli Həsənovun qaynı, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev də vəzifəsindən uzaqlaşdırılmışdı.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi