olkepress.com
olkepress.com

Əhəd Abıyevin icra başçısı olduğu rayonda əməliyyat: Saxlanılanlar var

5-02-2021, 12:07

Əhəd Abıyevin icra başçısı olduğu rayonda əməliyyat: Saxlanılanlar varDaşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.

Unikal.org-un məlumatına görə, hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir.

Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi