olkepress.com
olkepress.com

Ağdamdakı partlayışda həlak olan “Cəsur döyüşçü” medallı əsgər Zeynalov

5-02-2021, 12:03

Ağdamdakı partlayışda həlak olan “Cəsur döyüşçü” medallı əsgər ZeynalovXəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində bir əsgərimiz həlak olub, ikisi isə yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində həlak olan əsgər Zeynalov Qubad İslam oğludur.

Vətən müharibəsinin iştirakçısı olan Zeynalov döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı. O, döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi.

Əslən Hacıqabul rayonundan olan 19 yaşlı Qubad Zeynalov 2019-cu ildə orta məktəbdən məzun olub hərbi xidmətə yollanmışdı.

Qeyd edək ki, sözügedən hadisə zamanı digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi