olkepress.com
olkepress.com

Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – VİDEO

11-01-2021, 12:17

Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı –  VİDEOBakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi avtomobilinin ön şüşəsi tünd olan sürücüdən 150 manat rüşvət alıb.

Ölkəpress.com xəbər verir ki, bununla bağlı sürücü Samid Əliyev Mubahise.az-a müraciət edərək bildirib ki, dekabrın 29-da onun idarə etdiyi “Toyota Prado” markalı 90 DS 303 nömrəli avtomobil “YP 476” nömrəli xidməti avtomobildə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, maşının ön şüşəsi tündür və buna görə avtomobil cərimə meydançasına yerləşdirilib. On gün maşın orada qalsa da, ona cərimə protokolu tərtib edilməyib.
S.Əliyev qeyd edib ki, bu avtomobili eyni şüşə ilə 2012-ci ildən bəri idarə edir və bu günədək dəfələrlə texniki baxışdan keçirilib: “Əgər maşının ön şüşəsi tnüddürsə, məni niyə texniki baxışdan keçiriblər?”

S.Əliyev bildirib ki, protokoldan şikayət etmək üçün 10 gün gözləsə də, ona bu barədə məlumat verilməyib və protokol tərtib edilməyib.

Sürücü iddia edib ki, yanvarın 7-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib və 5-ci otaqda xidmət edən polis əməkdaşı Arzuman Arzumanlı ondna əvvəlcə 300 manat tələb edib. Daha sonra isə 150 manata razılaşıb və 150 manat rüşvət alaraq maşının ön şüşəsi dəyişdirilmədən, cərimə protokolu tərtib edilmədən cərimə meydançasından buraxılıb.

S.Əliyev bununla bağlı qeydə aldığı səs yazılarını da redaksiyamıza təqdim edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi