olkepress.com
olkepress.com

Deputat həmkarlarını laqeydlikdə təqsirləndirdi

25-11-2019, 17:04

Deputat həmkarlarını laqeydlikdə təqsirləndirdiİcbari tibbi sığorta ilə bağlı məsələlərin icrasında müəyyən problemlər üzə çıxacaq

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, bəzi millət vəkilləri bu qanun layihəsinə laqeyd yanaşırlar. V.Əhmədov təkliflərini də səsləndirib:
“İki məsələyə toxunmaq istəyirəm. Biz 2020-ci ilin yanvarın 1-dən icbari tibbi sığortaya keçidlə bağlı məlumat vermişik. İndi isə deyirik ki, 2020-ci ilin yanvarın 1-dən mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə əvvəldən düzgün təbliğat aparmaq lazım idi.
Biz dövlət büdcəsindən icbari tibbi sığorta üçün kifayət qədər yüksək vəsait ayırırıq. Təklif edirəm ki, bu maliyyə Əlavə Dəyər Vergisindan azad edilsin.Ümumiyyətlə, icbari tibbi sığorta Əlavə Dəyər Vergisindən azad edilməlidir”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi