Xırdalanda “Manqal Siti” kafesində gündəlik kef məclisi – VİDEO
“Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən “Manqal Siti” adda kafe var. Kafenin aynalarına xüsusi olaraq falqa çəkilib ki, kafedə yanan işıq küçəyə düşməsin. Gecə saatlarında isə içkili qadın və kişilərin səsi yaxınlıqda yaşayan insanlara narahatçılıq gətirir. Ən əsası da azyaşlı övladlarımızı kefli insanlardan uzaq tutmağa çalışırıq ki, onların hayatına maraqları olmasın. Kafeyə gedən gənclər isə deyir ki, Elşad müəllim imkanlı adam olduğu üçün polislərlə danışıb. Bu səbəbdən də qapını tanıdığı və əvvəlcədən danışdığı tanışlarına, eləcə də məmur dostlarına açır. Belə görünüşdə isə qapı bağlı saxlanılır. Pəncərələrdə də dediyim kimi falqa çəkilib ki, içəridə olanlar və işıq bayırdan görünməsin. Mən bu barədə çox jurnalistlərə xahiş etmişəm, amma nəticəsi olmayıb…”
Haqli.az-ın xəbərinə görə bu barədə “Manqal Siti” kafe-restoranın yaxınlığında yaşayan adının çəkilməsin istəməyən vətəndaşlardan biri məlumat verib.
Daxil olan məlumatı araşdırmaq məqsədi ilə əməkdaşlarımız “Manqal Siti” kafesini bir neçə gün nəzarətdə saxlayıb. Məlum olub ki, kafe həqiqətən də heçnə olmamış kimi gündəlik öz fəaliyyətindədir. Bu məkanda nə qanunlar işləyir, nədə ki, burda işləyən və gələnlərdə koronavirusun yayılma qorxusu keçərlidir. Ümumi işçi heyətindən ibarət kafe personali hətta 4 minili qızlardan da ibarətdir. Şikayətçinin dediyi kimi Elşad müəllim əməlli – başlı pul qazanır. Hələ bu azmış kimi, məmur dostu Kamil adlı şəxsi də özü ilə kafesində yeyib-içməyə gətirir. Müşaidələrimizə görə bu hadisə 28 dekabr 2020-ci il axşam saat 19:45 radələrində baş verir. Və müştəri ilə dolu “Manqal Siti” kafesində kef məclisi gecə saatlarında belə davam edir.
Qeyd edək ki, “Manqal Siti”nin sahbi deyilən Elşad müəllimin Parado markalı cip avtomobili də gecə yarsına qədər kafenin həyətində olub.
Xırdalan qəsəbəsində yerləşən “Manqal Siti” kafesindən əldə edilən video və fotoları təqdim edirik:(kaim.az)
ÖLKƏPRESS.COM
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |