olkepress.com
olkepress.com

Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

24-12-2020, 20:14

Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi
Gəncə Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Süleymanlı yeni vəzifəyə təyin edilib.

Müvafiq əmrlə O.Süleymanlı vəzifəsindən azad edilərək Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Oqtay Süleymanlı "Gəncə hadisələri” zamanı şəhid olan polis polkovniki İlqar Balakişiyevin yerinə təyin edilmişdi. Ondan əvvəl isə Binəqədi RPİ-də rəis müavini olub.

Qeyd edək ki, ötən ay Gəncə ŞBPİ-nin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib. Bakı polisinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev isə Gəncə polisinin rəisi olub.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi