olkepress.com
olkepress.com

Azərbaycanda koronavirusa görə tam qapanmaya gediləcək? - ÜST rəsmisindən AÇIQLAMA

7-12-2020, 17:31

Azərbaycanda koronavirusa görə tam qapanmaya gediləcək? - ÜST rəsmisindən AÇIQLAMA“Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yanaşmalardan istifadə olunur”.

Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır:

“Ən vacib qabaqlayıcı tədbir əl və tənəffüs gigiyenası qaydalarına riayət etmək (müvafiq olaraq maska taxmaq da daxil olmaqla), digər insanlarla məsafə saxlamaq və müntəzəm olaraq qapalı yerləri havalandırmaqdır.

Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi