olkepress.com
olkepress.com

Bu gün SMS icazə bərpa olunacaq? – MİLLƏT VƏKİLİ

26-11-2020, 12:59

Bu gün SMS icazə bərpa olunacaq? – MİLLƏT VƏKİLİSon günlər Azərbaycanda koronavirusa yoluxan və dünyasının dəyişənlər araslnda kəskin artım müşahidə olunur.

Son məlumata görə, koronavirus infeksiyasına 3646 yeni yolub, analiz nümunələri müsbət çıxan daha 34 nəfər isə vəfat edib.

Bəs, bunun qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Yenidən SMS icazənin tətbiqinə ehtiyac varmı?

Kaim.Az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə yoluxma sayının daha da artacağı təqdirdə SMS icazənin qaçılmaz olduğunu bildirib:

“Əlbəttə, əgər yoluxma sayı artım tempində gedərsə, yenidən bəzi sərt qadağalar, eləcədə SMS icazə tətbiq edilə bilər. Amma hər şeydən əvvəl gərək özümüz qadağalar tətbiq edək. Düzdür, artıq insanların bir çoxu küçədə də maskadan istifadə edir, amma bir nəfərin buna laqeyd yanaşması 10-larla insanın virusa yoluxmasına səbəb ola bilər. Hesab edirəm ki, əgər hamı bir nəfər kimi qaydalara əməl etsə, yenidən sərt rejimə keçməyə ehtiyac olmayacaq”.

Millət vəkili ictimai nəqliyyatda olan sıxlığa da münasibət bildirib:

“Avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Bunun qarşısını almaq üçün birincisi, Bakı Nəqliyyat Agentliyi ehtiyatında olan bütün avtobusları reysə buraxmalıdır.

İkincisi, bir sıra dövlət və özəl təşkilatlar var ki, onlar müəyyən avtobuslara sahibdir. Həmin şirkətlər metro açılana qədər sözügedən avtobusları ya reysə buraxmalıdır, ya da ən azından şirkətin (İdarənin) əkdaşlarının işə gedib-gəlməsi üçün ayırmalıdır. İstər bu avtobuslar ödənişli olsun, istər ödənişsiz, hər bir halda nəqliyyatdakı sıxlığı azaltmaq üçün mütləq nəsə etmək lazımdır”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi