olkepress.com
olkepress.com

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində - VİDEO

16-11-2020, 13:15

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində - VİDEOTürkiyə əsgərlərinin Azərbaycana göndərilməsinə dair Prezident Memorandumu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Təklifə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəklər.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən memorandumda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığa işarə edilib.

“Razılaşmaya əsasən, atəşkəsə nəzarət üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi ilə Türkiyə və Rusiya Mərkəzdə birgə iştirak etmək barədə razılığa gəliblər”, - deyə sənəddə vurğulanıb.

ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi