olkepress.com
olkepress.com

Qarabağın “sərhədi” yoxdur, Azərbaycan var - VİDEO

13-11-2020, 20:29

Qarabağın “sərhədi” yoxdur, Azərbaycan var - VİDEO“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları bəyanat Yerevanı istənilən ərazi iddiaları hüququndan məhrum edir və qondarma “DQR” separatçı layihəsinə son qoyur. Vəssalam! “Artsax” yoxdur, Qarabağın heç bir sərhədi yoxdur – yalnız Azərbaycan var!”

Baku TV xəbər verir ki, bu sözləri Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, “ikinci erməni dövləti” layihəsinin mövcudluğu və müstəqilliyi perspektivləri məsələsi artıq bağlanıb.

“Azərbaycan ərazisində döyüşlərin dayandırılmasına dair üçtərəfli bəyanatda Qarabağa status məsələsi nəzərdə tutulmayıb. Bu, onu göstərir ki, heç bir “müstəqillik”dən söhbət getmir və “ikinci erməni dövləti” olmayacaq. Yerevan öz ambisiyalarına görə sarsıdıcı məğlubiyyətə uğrayıb və gec bərpa olunacaq. Ermənistan üçün bunu qəbul etmək çətin olsa da, o, hələ uzun müddət tanınmamış ərazi və separatçıların keçmiş “hökuməti” ilə oyun oynamağa çalışacaq, lakin bu, artıq perspektivsiz hekayədir”, - deyə politoloq qeyd edib.

Düşmən ölkənin Vatikandakı keçmiş səfiri isə bildirib ki, zaman gələcək, “Mənim addımım” partiyası bu ümummilli alçaltmaya görə cavab verəcək. “Mənim addımım” hələ ki, eyforiyadadır. “Mənim addımım”da hələlik Nikolun nə etdiyini anlamırlar. Zaman gələcək, “Mənim addımım” bu ümummilli alçaltmaya görə cavab verəcək. “Artsax”ın de-fakto olmayacağı gün yaxınlaşır. Bu gündən “Mənim addımım” Blokunu cavabdehliyə məcbur etməklə bağlı ümumerməni əməliyyatı başlayır”, – deyə keçmiş səfir Mikael Minasyan bildirib.

ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi