olkepress.com
olkepress.com

Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

5-11-2020, 12:40

Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA“Ümumi olaraq koronavirusla bağlı paytaxt ərazisində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlar nisbətən azalsa da, hələ də qaydalara əməl etməyən şəxslər var”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev ictimai yerlərdə qoruyucu maskalardan təyinatı üzrə istifadə etməyərək, həm özünün, həm də ətrafdakı insanların sağlamlığına etinasız yanaşan şəxslərə müraciət edib:

“Sanitar-epidemioloji qaydalara cərimələrdən qorunmaq üçün yox, sağlamlığımız üçün əməl etməliyik. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə tədbir görülür.

Vətəndaşlara tibbi maskalardan cərimədən yayınmaq üçün deyil, sağlamlıqlarını qorumaq məqsədilə istifadə etmələrini tövsiyə edirik”.

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi