olkepress.com
olkepress.com

Ön cəbhəyə yollanan bütün hərbçilər COVID-19 testindən keçirilir - AÇIQLAMA

22-10-2020, 14:24

Ön cəbhəyə yollanan bütün hərbçilər COVID-19 testindən keçirilir - AÇIQLAMA“Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara icazə verilir”.

Bunu AzTV-nin efirində yayımlanan “Gün başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

“Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə nazirlik tərəfindən yoxlamalar gücləndirilib”.

P.Abubəkirov onu da qyed edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi