olkepress.com
olkepress.com

Hikmət Hacıyev: “Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”

22-10-2020, 12:26

Hikmət Hacıyev: “Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”“Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”.

“HaberTürk”ün məlumatına görə, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn təbdirində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona dəvət etməsi barədə danışarkən deyib.

ABŞ-n Minsk Qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun problemin sülh yolu ilə həll edilməsi üçün səy göstərdiyini, lakin bunun reallaşmadığını qeyd edib.

Azərbaycanın 30 ildir müzakirələr apardığını xatırladan prezidentin köməkçisi müzakirələrin uğursuz olmasının məsuliyyətinin eyni zamanda Minsk Qrupu həmsədrlərinin də çiyinlərində olduğunu sözlərinə əlavə edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi