olkepress.com
olkepress.com

Bakı-Xırdalan-Sumqayıt qatarının bərpa müddəti ilə bağlı

7-09-2020, 19:10

Bakı-Xırdalan-Sumqayıt qatarının bərpa müddəti ilə bağlıBakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti oktyabr ayında bərpa oluna bilər.

Metbuat.az xəbər verir ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işləri vaxtından əvvəl təhvil vermək niyyətindədir.
"Mümkündür ki, oktyabr ayında işlər təhvil verilsin. Oktyabr ayının ortalarında işlər yekunlaşmalıdır. Ancaq işlər açıq hava şəraitində aparıldığı üçün yağışlar yağması işi müəyyən qədər ləngidə bilər. Biz maksimal dərəcədə çalışacağıq ki, işləri daha tez təhvil verək. Bundan sonra həmin ərazidə “Azərbaycan Dəmir Yolları” QSC də öz işlərini həyata keçirəcək”, - deyə AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib.

Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti oktyabr ayında bərpa oluna biləcəyi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, işlər qrafikə uyğun gedərsə, "Azərbaycan Dəmir Yolları" QSC də Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündəki işlərini qısa müddətdə yekunlaşdıracaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi