olkepress.com
olkepress.com

Tarif Şurasından “Gediş haqqı” ilə bağlı AÇIQLAMA

4-09-2020, 16:45

Tarif Şurasından “Gediş haqqı” ilə bağlı AÇIQLAMABəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.

Bu barədə Tarif (Qiymət) Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Şuraya müraciət edilməyib və hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Xatırladaq ki, Tarif (Qiymət) Şurasının 30.07.2018-ci il tarixli qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi