olkepress.com
olkepress.com

Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi - ANBAAN VİDEO

1-09-2020, 11:07

Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi - ANBAAN VİDEOAzərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.

Ölkəpress.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.

Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin “Report”un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi