Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş - FOTO
DİN BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalov göstəriş verib
Oxu.Az xəbər verir ki, göstərişə əsasən, Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti sabah başa çatsa da, sürücülər barəsində inzibati tənbeh görülməyəcək.
Belə ki, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək.
Ölkəpress.com