olkepress.com
olkepress.com

“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil

14-11-2019, 15:47

“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyilBakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb.

Ölkəpress.com-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında “Azəristilikhizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib. Onun sözlərinə görə, bunlar, əsasən, xüsusi mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir.
“Digərləri isə bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir”. Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi ilə təmin edilməyən binalar, əsasən, mərkəz hissədə - Nərimanov, Nəsimi rayonlarındadır: “Bunlar köhnə tipli binalardır. Bəzi binalar 60-cı illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi