Bakı metrosunda qatarlar yenə gecikdi
Bakı metrosunda qatarların hərəkət intervalında gecikmə olub.
Bu barədə Ölkəpress.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisəyə səbəb sərnişinlərin sayının çoxluğu olub: “Bu gün səhər saatlarında bəzi stansiyalarda sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyyə gecikməsinə səbəb olur.
Qatar stansiyadan gec çıxdığı üçün tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır. Nəticədə, bəzi stansiyalarda interval 4-5, “İçərişəhər” və “20 Yanvar” stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın normaya salınması üçün işlər görülür”.
B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |