Hüquqşünas QHT sədri seçilib
Tanınmış ictimai fəal, hüquqşünas Könül Quliyeva QHT sədri seçilib. Bu barədə məlumatı Avrasiya.net-ə Könül Quliyeva verib.
K.Quliyeva “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin oktyabr ayında keçirilən Ümumi Yığıncağında sədr seçilib. K.Quliyevanın sədrliyi 06 noyabr 2019-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən rəsmiləşdirilib.
Qeyd edək ki, K.Quliyeva “Müvəkkil” Hüquq Mərkəzinin sədr müavini olmaqla bərabər Qadın və Uşaq Hüquqları Departamentinə rəhbərlik edir. O, “Uşaqların Gələcəyi Naminə” İB-ə rəhbərlik etməklə bərabər “Müvəkkil” Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |