olkepress.com
olkepress.com

Taleh Qaraşovun adamının rüşvət videosu

5-11-2019, 19:42

Taleh Qaraşovun adamının rüşvət videosuBu yaxınlarda aktualxeber.az saytında “Taleh Qaraşov bağçadan haqq alır”, “İcra başçısı bağçalara “racon kəsib”” və “İcra başçısı şikayətçini təhdid edir” başlıqlı məqalələr dərc edilmişdi. Xatırladaq ki, məqalələr Lənkəran şəhərində yerləşən 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızının redaksiyamıza etdiyi müraciət əsasında hazırlanmışdı. Şikayətçi bildirirdi ki, bağçanın müdirəsi Aybəniz Hüseynova ayrılan ərzağı təyinatı üzrə istifadə etmədiyinə narazılıq etdiyinə görə onu işdən çıxarıblar.

Onu da qeyd etmişdik ki, A.Hüseynovanın arxasında İcra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı dayanır. Müdirənin yaxın ətrafına dediyinə görə icra başçısına da müavini vasitəsilə ildə dörd dəfə (rüblük) 10.000 manat miqdarında haqq verir. Bu pulu isə hər dəfə Lənkəran ŞİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Günəş Quluzadəyə şəxsən çatdırır. G.Mehdizadə bu pulu Rasilə xanıma, o da öz növbəsində İcra başçısı Taleh Qaraşova çatdırır. Xatırladaq ki, bu məqalələrdən sonra icra başçısının tapşırığı ilə adı çəkilən xanımlar şikayətçiyə hədə qorxu dolu ismarıclar yollayaraq, əgər bu yazılar dayanmasa T.Qaraşovun xüsusi ittiham qaydasında onu məhkəməyə verərək həbs etdirəcəyini deyiblər. Lənkəran ŞİH-dən redaksiyamıza daxil olan məktubda icra başçısı ilə bağlı deyilən iddialar təkzib edilir və işə Ali Məhkəmədə hüquqi qiymət veriləcəyi qeyd edilir.
Aktualxeber.az-ın redaksiyasına yeni daxil olan məlumat, foto və videogörüntülərdə valideynlərin işdən çıxarılan N.Mirzəyevanı müdafiə etməsini, yeməklərin keyfiyyətsiz olmasını, müdirənin aldığı rüşvəti geri qaytarmasını sübut edən videokadrlar, eyni zamanda bağçada olan qanunsuzluqları sübut edən yeni fotofaktlar vardır. Belə ki, 64 yaşlı epilepsiya xəstəsi kimi təqaüd alan bağça müdirəsi A.Hüseynova qohumlarının adını işə yazmaqla maaş kartlarını özündə saxlayaraq dövlətin pullarını mənimsəyir. Gəlini Əminə, bacısı qızı Anara, qohumu Sədrəddinin adı işdə getsə də özlərini hələ ki, bağçada görən olmayıb. 40-a yaxın işçisi olan bağçada işçiləri pulsuz işə götürməyən müdirə elə N.Mirzəyevanın özündən 7.000 manat rüşvət alıbdır. Bağçaya uşaq qəbulu isə 100 manatdan başlayır. Bağçada uşaqlara keyfiyyətsiz ərzaqlar verdirən müdirə daha yaxşılarını öz evinə aparır və yaxud da satdırır. Buradan belə nəticəyə gəlirik ki, A.Hüseynova bağçanı bazara çevirməklə oradan əməlli başlı pul qazanır. Onu da qeyd edək ki, N.Mirzəyevanın işdən çıxarılmasını T.Qaraşovla xanım müavini icra başçısına məxsus “Dəniz” otelində xüsusi qeyd ediblər.
Aktualxeber.az-a təqdim olunan yeni faktlardan ət əvəzinə yeməyə qatılan dəri və sümüklərin fotosunu, həmçinin müdirənin korrupsiya əməlinin əyani sübutu kimi aldığı rüşvəti və uşağın sənədlərini valideynə geri qaytarmasının videosunu sizlərə təqdim edirik ki, bəlkə əlaqədar qurumlar bundan sonra bir tədbir görərlər.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi