Fədayə Laçın: Azadlığa buraxılmışam, anamgildəyəm
Fədayə Laçın bu gün səhər saatlarında azadlığa buraxılıb. Bu barədə o, özü Trend-ə məlumat verib.
Metbuat.az bildirir ki, F.Laçının sözlərinə görə, saat 9 radələrində ona azad olunması və getməyə icazə verilməsi barədə bildirilib:
"Mən də təcridxanadan çıxdım, taksiyə oturub anamgilə gəldim. İndi Buzovnada anamgildəyəm".
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və F. Laçının cəza müddəti 2 ilə endirilib.
Ölkəpress.com
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |