olkepress.com
olkepress.com

Qusarda “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib

27-10-2019, 21:00

Qusarda “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilibQusar rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə yeniyetmə və gənclərdən ibarət 9 komandanın iştirakı ilə yarış keçirilib.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.
Qusarda “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib
Tədbirdə çıxış edən Qusar rayon Gənclər və İdman idarəsinin məsul işçisi Sevil Dəmirova tədbirin Qusarda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.
Qusarda “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib
Rəsmi hissədən sonra yarışa start verilib. Birinci mərhələdə 9 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 8 turun nəticələrinə əsasən ilk 4 yeri tutan komandalar mübarizəni ikinci mərhələdə davam etdirmək hüququ qazanıb. Yekunda “Pentaqon” biliciləri turnirin qalibi adını qazanıb. Həsənqala kəndinin təmsil edən “De Fakto” komandası ikinci, “Yamotho” adını daşıyan komanda üçüncü olub.
Qusarda “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.
Qusarda “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi