olkepress.com
olkepress.com

Beyləqan Rayon Polis Şöbəsi əməliyyat keçirib

3-10-2024, 17:21

Beyləqan Rayon Polis Şöbəsi əməliyyat keçirib

Beyləqan Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Balaməmməd Abbasov saxlanılıb. Ondan 3 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb. B.Abbasov ifadəsində narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi