olkepress.com
olkepress.com

"Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada" adlı layihə yekunlaşıb

2-09-2024, 11:58

"Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada" adlı layihə yekunlaşıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi tərəfindən həyata keçirilən "Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada" adlı layihəsi yekunlaşıb.

Layihə çərçivəsində hazırlanan "Qarabağ və Şərqi Zəngəzur dünya üçün nümunəvi bölgə olacaq" və "Qarabağ və Şərqi Zəngəzur: İqtisadi inkişafımızın yeni istinad nöqtəsi" başlıqlı yazıların hər biri (ümumilikdə 16 yazı) (rus, gürcü, türk, fars, ingilis, Ukrayna, ərəb dillərində) Rusiya, Gürcüstan, Türkiyə, İran, Pakistan, Ukrayna, Misir və Qırğızıstan mətbuatında dərc olunub.

Yazılar təkrar olaraq ərəb dilində Əlcəzair, türk dilində Türkiyə, Azərbaycan dilində Ukrayna və Gürcüstan saytlarında da ictimailəşib.

3 ay müddətində icra olunan layihənin əsas məqsədi 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasəti, 44 günlük İkinci Qarabağ savaşında əldə olunan qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, yenidənqurulması, bərpası, bölgənin iqtisadi, turizm potensialı, eyni zamanda ermənilərin mina terrorundan bəhs edilib.

Yazılarda qeyd olunub ki, Qarbağ və Şərqi Zəngəzurun dünya üçün nümunəvi bölgə, iqtisadi inkişafımızın yeni istinad nöqtəsi, turizmin inkişafında da yeni drayverə çevriləcək.

Qeyd olunub ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanımızın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyat verir.

44 günlük İkinci Qarabağ savaşında əldə olunan qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur dirçəliş-bərpa dövrünü yaşayır. Azərbaycan dövləti artıq 4 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir.
"Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada" adlı layihə yekunlaşıb
Yazıda qeyd olunub ki, yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu bölgə nəinki Azərbaycan, o cümlədən, dünya üçün nümunəvi bölgə olacaq: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.

Yazılarda o da vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi turizm potensialı baxımından olduqca zəngindir. Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Bütün gözəlliklərin cəm olduğu ərazilər istər təbii ehtiyatlar, istərsə də sənaye mərkəzlərinin inkişafı baxımından ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq.
"Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada" adlı layihə yekunlaşıb
Dövlətin apardığı islahatlar və irimiqyaslı layihələr nəticəsində yaxın gələcəkdə Qarabağ nəinki Cənubi Qafqazda, bütün dünyada turizm imkanlarına görə tanınacaq. İşğaldan azad edilən ərazilərdə işlər sürətlə davam edir. Bu yerlərdə mövcud şərait baxımından müxtəlif turizm növlərini inkişaf etdirmək mümkündür. Yaradılacaq turizm bazaları həm də yerli əhalinin həyat tərzinə müsbət təsir göstərəcək. Çünki əraziyə gələn turistlər hotel və sanatoriyalarla yanaşı, fərdi evlərdə də qalacaqlar.

Müəllif Ermənistanın mina terrorundan da bəhs edib.

Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, bərpa quruculuq işlərinin aparılmasına ən böyük maneə mina terrorudur. Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Bu quruculuq işlərinin aparılmasına böyük təhlükələr yaradır. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 400-ə yaxın azərbaycanlı mina qurbanı olub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 340 milyon dollar dəyərində 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Azərbaycanın azad olunan yerlərində xarabalıqlarının bərpasına bundan sonra da milyardlarla dollar xərclənəcək.

Təbii ki, gec-tez Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdikləri cinayətlərə görə mütləq mühakimə olunacaqlar. Çünki BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir...

... Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi