olkepress.com
olkepress.com

Uşaq Filarmoniyasının "Sülh göyərçinləri adlı konserti olub

2-06-2024, 21:33

Uşaq Filarmoniyasının "Sülh göyərçinləri adlı konserti olub

Mayın 31-də Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Sülh göyərçinləri” adlı konsert proqramı ilə çıxış edib.

Ölkepress.com xəbər verir ki, proqramda Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı, “Musiqili uşaq teatrı” maraqlı nömrələri ilə balaca dostlarının bayramını təbrik edib. Rəngarəng səhnə geyimləri, maraqlı çıxışlar bir-biri ilə əsl harmoniya təşkil edib.

Konsertin sonunda “Qoruyaq uşaqları” mahnısı ilə bütün iştirakçılar səhnəyə çıxıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi