Sakinlər Nizaməddin Quliyevin əlindən dad deyir...
Goranboydan Ağstafaya gələn Nizaməddin Quliyev əvvəlki iş yerində kifayət qədər "populyar" bir fiqur kimi diqqətə gəlmişdi. Onun ətrafında cərəyan edən olaylar, çevrəsinin hətta kriminal hadisələrə belə qarışması ilk əvvəlindən belə bir təəssürat yaratmşdı ki, Nizamədin Quliyevin son görəv yeri çox güman ki, Goranboy RİH başçısı postu olacaq. Amma görünəni odur ki, təkrar olaraq etimada layiq görülən və Goranboy RİH rəhbərliyinin ardından Ağstafa kimi mühüm bir məntəqəyə başçı göndərilən Nizaməddin Quliyev heç də barəsində verilən müsbət rəsmi rəyi doğrultmağa çalışmır.
Əgər belə olmasaydı, onunla bağlı Ağstafada kütləvi narazılıqlar da baş qaldırmazdı. DİA.AZ-a bu barədə yazan Ağstafa sakinləri bildirir ki, adı əvvəlindən krminala qarışmış və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qoşa çəkilən Nizaməddin Quliyev əslində Ağstafaya təyin olunduğunda rayon sakinləri narahat olmağa başlamışdılar.
Sakinlər dia.az-a yazır: "Biz təxmin edirdik ki, vəzifədə olduğu müddət boyunca Goranboyda ancaq neqativ bir reputasiya ilə tanınan cənab Quliyev eyni şəkildə Ağstafada da imic qazanacaq. Gümanlarımızda yanılmadıq. Ağrılı olanı da budur. Bu gün Nizaməddin Quliyev başda olmaqla, onun təlimatı ilə hərəkət edən adamları Ağstafada nəinki sahibkarlığa dəstək vermirlər, əksinə ən xırda fermer təsərrüfatına, sahibkarlıq obyektinə belə qənim kəsiliblər".
Konkret fakta istinad edən narazılar dia.az-a yazır: "Keçən şənbə başçının adından hər bir təsərrüfat və obyekt sahibinə konkret olaraq "təzminat" kəsilib. Obyektinin və təsərrüfatnın miqyasından asılı olaraq 1000 manatdan 5000 manata qədər pul yığılır. Etiraz edənlərə bildirilir ki, haqq başçıya çatacaq. Kimsə səsini çıxardarsa, təbi ki "başçının düşməni" olacaq. Buna görə də narazılıq sıfır səviyyəsindədir. Hamı quzu kimi tələb olunanı ödəyəcək. Amma belə olmaz ax... Biz hansı dövrdə yaşayırırq?"
Qeyd edək ki, narazı ağstafalılar dia.az-a müraciətlərində daha ağır ittihamlar da səsləndiriblər. Bu qədər yaxın vaxtlarda daha geniş bilgiləri təqdim edəcəyik. Bizi izləyin...
Qarşı tərəfi də böyük məmuniyyətlə dinləyə bilərik. Çünki RİH-in telefonlarına ya bağlana bilmədik, ya da sualımızı eşidən olduqda telefon üzümüzə qapand...
Ölkəpress.com