olkepress.com
olkepress.com

“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - FOTO

23-06-2022, 11:19

“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - FOTO

Yerli quş əti istehsalçı “Siyəzən Broyler” ASC "KənDad" markalı məhsulunun satışını gücləndirir. Şirkətin "KənDad" ticarət nişanı və “kəndin adı, kəndin dadı” sloqanı müzakirələrə səbəb olub. Bir neçə gün öncə “kənd toyuğu” adı ilə Belarus toyuqları satdıqlarına görə cərimələnən idxalçılar bu ifadənin də "Kənd toyuğu" ifadəsilə eyni dərəcədə istehlakçılara yanlış məlumat verdiyini iddia edilər. Belə bir vəziyyət Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının da Assosiasiyanın apardığı mübarizəsiyə zidd ola bilər.

Ölkəpress.com FED.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl APEPEA-nın yaydığı məlumatında qeyd edilmişdi: "Belarusdan gətirilən və broyler fabrikində istehsal olunan toyuqların üzərində “Kənd toyuğu” yazılmasıdır. “Broyler fabriki necə kənd toyuğu istehsal edə bilər?"

Həmçinin APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Belarus toqyularının Azərbaycana idxalı ilə məşğul olan "AFM" MMC-nin Direktoru Anar İsmayılov ilə görüşündə demişdir: "Siz bu toyuğu gətirib üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqlarını pozursunuz, onları aldadırsınız. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurursunuz”.

Belarusdan toyuq əti idxalı ilə məşğul olan iş adamı Anar İsmayılov Marja-ya bildirdi ki, əgər APEPEA-nın sədri Mürvət Həsənlinin dedikləri bütün şəxslərə aiddirsə, “Siyəzən Broyler” də fabrik olduğundan "KənDad" ticarət nişanı və “kəndin adı, kəndin dadı” sloqanı ilə məhsul istehsalını dayandırmalıdır.
““Kəndin adı, kəndin dadı” nə deməkdir?! Elə bu sloqandan da “kənd toyuğu” demək çıxır. “Siyəzən Broyler”in kənd şəraiti var? Bizə məhsullarımızın üzərində “kənd toyuğu” yazmaq olmaz, amma “Siyəzən Broyler” oxşar addan istifadə edə bilər?!”, - Belarusdan toyuq ətinin idxalı ilə məşğul olan “AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov Marja-ya bildirdi.

AQTA: FABRİK TOYUQLARININ "KƏND TOYUĞU" ADI ALTINDA SATILMASI İSTEHLAKÇILARIN ALDADILMASINA SƏBƏB OLUR

Xatırladaq ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) mətbuata təqdim etdiyi məlumatlardan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Belarus toyuqları" ilə bağlı məsələyə aydınlıq gətirmişdir.

AQTA bildirmişdir ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur. Göstərilənlərə əsasən, həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib. Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

““SİYƏZƏN BROYLER”İN TOYUQLARININ KƏND TOYUQLARINDAN HEÇ BİR FƏRQİ YOXDUR”

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli iddialara cavab verib. O Marja-ya açıqlamasında qeyd edib ki, “Siyəzən Broyler”in toyuqlarının kənd toyuqlarından heç bir fərqi yoxdur:

“Bizim əsas mübarizəmiz Belarusdan idxal edilən 2-ci növ toyuqların, yəni çıxdaş edilmiş, yumurtadan kəsilmiş qoca toyuqların “kənd toyuğu” və “Belarus kənd toyuğu” adları ilə satılaraq istehlakçıların ciddi aldadılmasına qarşı idi. Bu toyuqlar Belarusdan əsasən ən kasıb Afrika ölkələrinə göndərilir və ya Belarusda kolbasa və sosiska istehsalında istifadə edilir. Biz mübarizə aparırdıq ki, bu məhsullar Azərbaycana gətirilməsin, çünki bu toyuqların 24 həftəsindən sonra heç bir xəstəliyə qarşı vaksin proqramı olmur. Yumurtadan kəsilən vaxtadək bu toyuqlar nə dərman, nə də vaksin olunur, ona görə xəstə toyuq kimi qəbul edilir. Yumurtadan kəsilmiş toyuq yumurtladığı dövrdə ətinin vitaminlərinin, ətinin böyük hissəsini itir. Bu toyuqların sümüyünün çəkisi ətindən çox olduğuna görə istehlakçılar aldadılırdı.

“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi