olkepress.com
olkepress.com

İcra başçısı “1 manatlıq” şirkətə milyonluq tenderlər verdi

22-06-2022, 15:52

İcra başçısı “1 manatlıq” şirkətə milyonluq tenderlər verdi

Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər üzrə nümayəndəliyi Masallı şəhərin abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Ölkəpress.com Ölkə.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Elnur-2” universal istehsalat kommersiya şirkəti olub.

Qalib şirkətlə 628,450 min manat dəyərində satınalam müqaviləsi imzalanıb.

Qeyd edək ki, daha əvvəl də Masallı Rayon İcra Hakimiyyəti Viləş çayının Masallı şəhərinin mərkəzindən keçən hissəsində çay sahilindəki ərazinin sel və daşqın sularından mühafizəsi üçün bu ərazidə Viləş çayının yatağının 750 pm hissəsinin beton məcraya salınması məqsədi ilə layihə sənədlərinin hazırlanması və tikintisinin satın alınması ilə bağlı tenderdə “Elnur-2” universal istehsalat kommersiya şirkətini qalib edib və şirkətə 655,200 min manat ödənilib.

“Elnur-2” universal istehsalat kommersiya şirkəti 1994-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 11/35, m. 57 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 1,6 manatdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi