olkepress.com
olkepress.com

Bakıda Şaxta baba olmağın qiyməti AÇIQLANDI

16-12-2021, 15:50

Bakıda Şaxta baba olmağın qiyməti AÇIQLANDI

Bakıda rəsmən Yeni il hazırlıqlarına başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə start verilib.

Yeni il hazırlıqlarına başlanıldığı üçün artıq “Şaxta baba” personajlarının fəaliyyətinə də icazə verilib.

Modern.az-ın Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentindən əldə etdiyi məlumata görə, şəhərin hansı hissəsində Yeni il ağacları qurulacaqsa, orada Şaxta babaları da görə biləcəyik.

Hələlik isə Şaxta baba və Qar qız olmaq üçün müraciət edən yoxdur. Məlum olub ki, bu il Şaxta babaların ödəyəcəyi rüsum 60 manat təşkil edəcək.

Ticarət və xidmət departamentindən Yeni il gecəsi atəşfəşanlıqla bağlı hələ ki, rəsmi qərar verilmədiyi də bildirilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi