olkepress.com
olkepress.com

Sahil Babayev: “Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir”

10-11-2021, 13:51

Sahil Babayev: “Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir”

“Əsassız müxtəlif qərarlarla saxta pensiya işlərinin formalaşdırılması və bunun hesabına köhnə dövrdə yaradılan təxminən 60-80 milyon manat ödəmələrin qarşısı alınıb”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, arxiv sənədlərin mərkəzləşdirilməsi də həyata keçirilir:

“Bu çərçivədə yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir. Növbəti il üçün işsizlikdən sığorta fondu 180 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu cari illə müqayisədə 14 % artım deməkdir”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi