olkepress.com
olkepress.com

Polisi döyən deputatın məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

30-07-2021, 12:35

Polisi döyən deputatın məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
“Artıq Daxili İşlər Nazirliyi tərəfindən millət vəkili Eldəniz Səlimovun polisi döyməsi faktı təsdiqlənib. Bu məsələyə Milli Məclisin İntizam komissiyası baxacaq”.

Bunu Ölkəpress.com -a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, məsələ barədə müvafiq qərar qəbul olunacaq.

“Baş verən hadisə ilə bağlı təəssüf hissi keçirirəm. İntizam komissiyası bu məsələyə deputatların tətildən qayıtmasından sonra baxacaq”.

Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş halda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi