olkepress.com
olkepress.com

Azərbaycanla Gürcüstan arasında avtobusla gediş-gəlişin bərpası təklif olundu

26-07-2021, 14:46

Azərbaycanla Gürcüstan arasında avtobusla gediş-gəlişin bərpası təklif olundu

Tbilisidə Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq “COVID-19” pandemiyası şəraitində hər iki dövlətin müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib.

Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib.

Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi