olkepress.com
olkepress.com

BTQ müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara dəstək göstərəcək

22-08-2024, 11:21

BTQ müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara dəstək göstərəcək

Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara müstəqillik uğrunda mübarizələrində dəstək göstərəcək.

Bunu BTQ icraçı direktoru Abbas Abbasov Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda iştirakçılarını BTQ haqqında məlumatlandırarkən deyib.
“Burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələrini və müstəmləkələşdirilmiş bölgələrdə insan hüquqlarının pozulmasını müzakirə edirik. Biz indiyədək dekolonizasiyaya həsr olunmuş bir neçə hesabat dərc etmişik. Təşkilatımız Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası, Korsika kimi yerlərdə Fransanın müstəmləkəçilik siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində mühüm işlər görüb”, – o əlavə edib.

BTQ-nin rəhbəri vurğulayıb ki, təşkilatların hərtərəfli və uğurlu fəaliyyəti müstəmləkələşmiş regionlardakı mövcud vəziyyətlə bağlı dünya ictimaiyyətinin məlumatlılığını ardıcıl olaraq artırıb və artırmaqda davam edir:

“Biz Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalar vasitəsilə qlobal ictimaiyyətin məlumatlılığını artırmağa davam edirik. Hörmətli Boneyra xalqının öz müqəddəratını təyinetmə hüququ əsasdır. Təşkilatımız hər cür təzyiqlərə baxmayaraq, müstəmləkəyə çevrilmiş bölgələrin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək”.

Daha sonra BTQ tərəfindən neokolonializmlə mübarizə çərçivəsində görülən işlərin ümumi icmalını göstərmək, Boneyra xalqının nümayəndələrinin müstəmləkəçiliyin doğurduğu fəsadları konfrans iştirakçılarına çatdırmaq üçün video nümayiş etdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi