olkepress.com
olkepress.com

Nizami küçəsində ağaclar məhv edilir

9-09-2024, 21:54

Nizami küçəsində ağaclar məhv edilir

Bakı şəhərinin mərkəzindəki Nizami küçəsində baş verən hadisə yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, küçədəki ağacların köklərinin asfaltla örtülməsi ciddi ekoloji problemlərə səbəb ola bilər.

Bildirilir ki, bir müddət əvvəl avtomobillərin parkinqi üçün səkinin bir hissəsindən istifadə edilib. Sonradan isə aparılan təmir işləri zamanı ərazidəki ağacların köklərinə qədər asvalt örtüyü vurulub.

Sakinlərin isə şikayəti ondan ibarətdir ki, bu, ağacların tezliklə məhv olmasına və küçənin yaşıllığını itirməsinə səbəb ola bilər. Artıq burada əkilmiş bəzi ağaclar məhv olub. Sözügedən məsələ yerli sakinlərin etirazına səbəb olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi