olkepress.com
olkepress.com

Duzlu qidaların bilinməyən zərəri üzə çıxdı

26-12-2022, 08:23

Duzlu qidaların bilinməyən zərəri üzə çıxdı

Edinburq Universitetinin alimləri müəyyən ediblər ki, stress çox duzlu qidalar qəbul etmək nəticəsində də yarana bilər.

Bunun üçün elm adamları eksperiment aparıblar. Bir neçə həftə ərzində onlar siçanları çox duzlu qida ilə qidalandırıblar. Heyvanların pəhrizinə bir insanın istehlak etdiyi qidada ola biləcək miqdarda duz əlavə edilib.

Bundan sonra tədqiqatçılar heyvanların qanında stress hormonunun səviyyəsinin artdığını qeyd ediblər.

Eksperimentin müəlliflərindən biri, alim Metyu Beylinin sözlərinə görə, siçanlar tədqiqat üçün ona görə seçilib ki, insanlarda olduğu kimi bu heyvanlarda da qidalanma stresli vəziyyətlərdə reaksiyaya təsir edə bilir.

Bundan əlavə, alimlər ölü siçanların beyin toxumasından nümunələr götürüb və stressə cavabdeh olan zülalları istehsal edən genlərin aktivliyinin artdığını aşkar ediblər.

Alimlərin fikrincə, oxşar təsir insanlarda da müşahidə oluna bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi