olkepress.com
olkepress.com

Ucarda DƏHŞƏTLİ QƏZA

9-07-2021, 10:05

Ucarda DƏHŞƏTLİ QƏZA

Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Ölkəpress.com APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 51 yaşlı Nazim Axundovun idarə etdiyi "Vıto" markalı mikroavtobus Gədəbəy rayon sakini, 37 yaşlı Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücü N. Axundov və sərnişinləri - Zaqatala rayon sakinləri, 36 yaşlı Eyvaz İbrahimov, 17 yaşlı Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar dünyasını dəyişiblər. Xaçmaz rayon sakini, 19 yaşlı Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay rayon xəstəxanasına göndərilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi