olkepress.com
olkepress.com

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır

23-11-2023, 23:17

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır

İsmayıllı rayonunda ağır yol qəzası baş verib, altı Hindistan vətəndaşı xəsarət alıb.

Olkepress.com Reporta-a istinadən xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Nəticədə altı Hindistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda rayon polis əməkdaşları qəzanın baş verdiyi əraziyə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi