olkepress.com
olkepress.com

Xəzər dənizi ətrafında diskussiya - VİDEO

29-09-2021, 10:52

Xəzər dənizi ətrafında diskussiya - VİDEO

Moskvada “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda beynəlxalq "dəyirmi masa" keçirildi. “Şimal-Cənub” Politologiya Mərkəzi və “Baku Network” ekspert platforması tərəfindən təşkil olunan Tədbirdə “Xəzər beşliyi” ölkələrini təmsil edən dövlət, elmi və ictimai təşkilatların Xəzər regionu üzrə aparıcı mütəxəssisləri iştirak etdi.

Tədbir iştirakçıları dəniz və çay kommunikasiyaları, Rusiya, Azərbaycan və İranda gəmiçiliyin, habelə birgə kooperasiya layihələrinin inkişafı, Xəzər regionu ölkələrində gəmi rabitəsinin inkişaf perspektivləri, yeni turizm marşrutlarının açılması məsələlərini müzakirə etdi.

Tədbirdə çıxış edən ekspertlər Cənubi Qafqazda hazırki iqtisadi vəziyyəti də şərh etdilər. Qarabağ probleminin həll edilməsindən sonra bölgədə iqtisadi baxımdan inkişafın yüksələn xətlə getdiyi diqqətə çatdırıldı.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi