olkepress.com
olkepress.com

Rusiya hərbi təyyarəsi mətbuat konfransını dayandırdı — VİDEO

9-07-2021, 09:58

Rusiya hərbi təyyarəsi mətbuat konfransını dayandırdı —  VİDEO


Litva prezidenti Gitanas Nauseda və İspaniya Baş naziri Pedro Sançezin “Siauliai” hərbi aviasiya bazasında təşkil etdikləri birgə mətbuat konfransı yarıda kəsilib.

Buna səbəb kimi Rusiyaya aid hərbi təyyarənin öncədən bildiriş etmədən Litva hava məkanına daxil olması göstərilib.


Belə ki, Litva dövlət başçısının çıxışı zamanı hərbi bazada hərəkətlilik yaşanıb. Pilotlar cəld qırıcılara minib, mühafizəçilərsə rəsmiləri təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşdırıblar.

İnsidentdən sonra Litva prezidenti Rusiyanı aqressiv siyasətdə ittiham edib. Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarəsinin digər ölkələrin hava məkanına daxil olmadan, beynəlxalq normalara uyğun şəkildə hərəkət etdiyini bildirib.(azpost.info)




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi