olkepress.com
olkepress.com

Dünyada meşədə əmələ gələn ikinci ən böyük travertin bölgəsi - Göksu travertinləri

20-08-2024, 09:13

Dünyada meşədə əmələ gələn ikinci ən böyük travertin bölgəsi - Göksu travertinləriTürkiyə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycandan bir qrup media mənsubu avqustun 14-17 tarixlərində Türkiyənin Giresun və Ordu şəhərlərinə səfər edib.

Avrasiya.net-in əməkdaşı xəbər verir ki, jurnalistlər Giresun Dərəli rayonunda yerləşən və rayonda vətəndaşlar tərəfindən “ağ daş” adlandırılan və mineral suların əmələ gətirdiyi Kuzalan travertinləri və Göksu travertinlərini də ziyarət ediblər.

Qeyd edək ki, təxminən 500 hektar ərazisi olan Kuzalan Təbiət Parkında yerləşən Kuzalan travertinləri 1800 metr ərazini əhatə edir və ABŞ-dakı Yellowstone Milli Parkından sonra dünyada meşədə əmələ gələn ikinci ən böyük travertin bölgəsidir. Bölgənin ən böyük travertin sahəsi olan Kuzalan travertinlərini əmələ gətirən əsas mənbənin ətrafındakı yer tamamilə mamırla örtülmüşdür. Mamırın üzərindən axan su bir neçə metrdən sonra travertin toplamağa başlayır və travertin yığılması başlayandan sonra mamır sürətlə sahəsini itirir və yox olur.

Kuzalan Təbiət Parkından təxminən 4 kilometr aralıda, Pınarlar kəndində yerləşən Göksu travertinləri, bir layihə ilə yaradılan terraslar şəklində firuzəyi və ağ rəngləri və irili-xırdalı gölməçələri ilə mini Pamukkaleni xatırladır. Travertin yüksək mineral dəyəri olan sodalı su ilə əmələ gəlir.

Göksu Travertinləri qısa zamanda bölgənin ən məşhur turizm mərkəzlərindən birinə çevrilib. Giresun Qubernatorluğu İl Xüsusi İdarəsi Mədəniyyət və Sosial İşlər Müdirliyi tərəfindən 2020-ci ildə başlanan layihə ilə Dərəli rayonunun Pınarlar kəndində yerləşən Göksu travertinlərində terras şəklində böyük və kiçik bir çox gölməçə yaradıldı.

2022-ci ildə Şərqi Qara Dəniz İnkişaf Agentliyinin (DOKA) dəstəyi ilə ziyarətçilərin ixtiyarına verilən travertinləri, ağ daşları və mineral suları ilə axan firuzəyi rəngli gölməçələri ilə qısa zamanda "Giresunun Pamukkalesi" olaraq adından söz etdirməyə başladı.

Ziyarətçilərinin sayı günü-gündən artan travertinlərin turizmdən daha çox pay ala bilməsi üçün yeni layihələr hazırlanıb. Göksu travertinləri 3 il əvvəl bölgə turizminə gətirilib. Burada axılan su günə. şüalarının təsiri ilə rəngini dəyişir, müalicəvi əhəmiyyətə malikdir, xüsusilə də ayaqlarda qaşınma, yaralara məlhəmdir. Ötən il 300 min qonağı qəbul edib. Bu il 500-600 min ziyarətçi gözləyir.
Dünyada meşədə əmələ gələn ikinci ən böyük travertin bölgəsi - Göksu travertinləri
Göksu çayında irili-xırdalı dörd göldən ibarət olan Mavi Göl də eyni vadidədir. Oktyabr ayında bağlanır, mayın 1-dən yenidən turistlərin ixtiyartına verilir.

Mavi Göl üç gölün birləşməsindən ibarətdir və yerli əhali tərəfindən "Sodalı Göl və ya Göğ Göl" kimi tanınır.

Mavi gölün suyu xüsusilə yay aylarında əhəng daşlarının təsiri ilə firuzəyə çevrilir və Qara dənizin yeganə soda axını olan Göksu axını ziyarətçilərinə görünməmiş bir gözəllik təqdim edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi