olkepress.com
olkepress.com

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

16-08-2024, 20:34

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar.

Onların rayonun Daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları 2 kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qayeada qulluq göstərdiklərini bildiriblər.

Fakla bağlı Cinayət İşi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi