olkepress.com
olkepress.com

Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib

27-05-2024, 15:38

Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə nəfis tərtibatda hazırlanmış “Visit Naftalan” mobil tətbiqinin təqdimatı keçirilib.

Təqdimat mərasimində ŞİH-nin məsul əməkdaşları, Gəncə Regional Turizm Mərkəzinin rəhbəri Zaur Bayramov, şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin rəhbərləri, turistlər, idarə, müəssisə rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova sağlamlıq və turizm imkanlarını özündə birləşdirən unikal neftə sahib Beynəlxalq Turizm Mərkəzi Naftalanın turizm potensialı barədə məlumat verərək, mövcud imkanların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, üç dildə fəaliyyət göstərən “Visit Naftalan” tətbiqinin yaradılması bu sahədə atılan addımlardan biridir. Bu tətbiqin istifadəsi turist məmnunluğu ilə yanaşı əlçatanlığı daha da təmin edəcək.

Daha sonra Naftalanın potensialını özündə nümayiş etdirən, tətbiqdən istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə iştirak edən xarici turistlərə ŞİH-nin xatirə hədiyyələri təqdim olunub.

İnternet istifadəçiləri “Visit Naftalan” mobil tətbiqini “Android” və “İOS” əməliyyat sistemi ilə çalışan mobil telefonlardan yükləyə bilərlər. Qeyd edək ki, “Visit Naftalan” mobil tətbiqi ilə yanaşı, www.visitnaftalan.az saytı da artıq istifadəçilərin ixtiyarındadır.
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib
Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi