olkepress.com
olkepress.com

Bakı metrosunda qatarların intervalı dəyişdirildi

29-09-2021, 10:57

Bakı metrosunda qatarların intervalı dəyişdirildi

Bakı metropolitenində səhər saatlarından etibarən qatarların hərəkət qrafiki üzrə intervalı iki dəqiqəyə endirilib.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, intervalın aşağı endirilməsinə səbəb təhsil müəssisələrində tədrisin tam bərpa olunmasıdır:

“Artıq səhər saatlarından “Həzi Aslanov” - “28 may” stansiyaları arasında qatarların hərəkət intervalı iki dəqiqəyə endirilib. Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki, son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hər hansısa sıxlıq yaranmaq ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi