olkepress.com
olkepress.com

GDU tənəzzülün astanasında

10-12-2019, 19:37

GDU tənəzzülün astanasındaGəncə Dövlət Universitetində baş verənlərlə bağlı aktualxeber.az-ın redaksiyasına ardıcıl şəkildə kifayət qədər ilginc məlumatlar daxil olur.

Qeyd edilənlərdən anlaşılır ki, bu gün universitet rektorunun qəbuluna düşmək, ən yüksək səviyyədə dövlət məmurunun qəbuluna düşməkdən daha çətindir. Ali məktəbdə rektorun ətrafında xeyli sayda bürokratlar – baş müşavir, köməkçi, məsləhətçi, katibə və i. cəm olub ki, bu çirkin “səddi” adlamaq, onu universitet əməkdaşının gündəlik qarşılaşdığın qədər dözülməz problemlərdən hali etmək demək olar ki, mümükünsüzdür. Müəllimlərin əmək haqlarını artırmağa vəsait olmadığını əsas gətirən universitet rəhbərliyi hətta adları qeyd edilən həmin vəzifə sahiblərini ali məktəbin büdcəsi hesabına bahalı xidməti avtomobillərlə təmin etmişdir. Göründüyü kimi, universitetin büdcəsi baş müşavir Asif Cavadov, rektor köməkçi və məsləhətçiləri İlqar Kubışev, Elsevər Nağıyev, İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov kimilərinin ciblərinə sel kimi axdığından artıq gözləri sadə əməkdaşları görməz olub.
Təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və digərləri tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu rəhbər şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız həmin adamlar və onlara yaxın olan bir neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin özləri, yaxud yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir.Nəticədə Universitetdəki “inkişaf” göz qarşısındadır. 80-dən artıq yaşı olan ali təhsil ocağı daxildən çökməyə başlayıb. Burada elm və təhsilin inkişafına yönəlmiş heç bir fəaliyyət göstərilmədiyi göz qarşısındadır. Bəs görəsən, bu çirkin idarəçilik üsuluna nə zaman son qoyulacaq və adları çəkilən şəxslər nə vaxt layiqli cəzalarını alacaqlar?!..
Qarşı tərəfi də dinləməyə hazırıq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi