olkepress.com
olkepress.com

GDU-da rektorun rüşvət piramidası

4-12-2019, 19:28

GDU-da rektorun rüşvət piramidasıAli təhsil ocaqlarında qış imtahan sessiyasının başlamasına az qalıb.

Təhsil ocaqlarında imtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunmasında ictimai nəzarətin gücləndirilməsi ilə bağlı son vaxtlar KİV-də, sosial şəbəkələrdə geniş səpkili müzakirələr aparılmaqdadır. Gəncə Dövlət Universitetinin müəllimlərinin və tələbələrinin sosial şəbəkələrdə çıxışları xüsusilə maraq oyadır.-“…42 bal alanı 16 bala endiriblər”, “30 nəfərdən 21 tələbə kəsilib”,” Mənə təsir edən odur ki, 30 saatı böyük əziyyətlə tədris et, tələbənin 90 %-i dərs fəalı olsun, dərəcəsizin biri, öz dərslərini normal tədris etməyən gəlib sənin 24 ildir tədris etdiyin fənnin başına oyun açsın, kiməsə xoş gəlsin deyə məqsədli olaraq, 21 tələbə kəssin… Hətta həmin müəllimin əmrdə adı da yoxdur” kimi fikirlər söyləyən müəllimlər və tələbələr də var.
Aktualxeber.az saytında dəfələrlə GDU-dakı problemlərlə bağlı tənqidi məqalələr dərc etmişik. Redaksiyamıza yeni daxil olan məlumatlara görə GDU-ya Maliyyə Nazirliyindən yoxlama gəlib və rektor buna görə narahat da deyil. Çünki qardaşı nazirliyin aparat rəhbəridir və həmişəki kimi onu “təmiz” çıxaracaqdır. Dünən isə növbədənkənar Elmi Şura çağıran rektor dekanlara tapşırıb ki, rüşvəti yığışdırsınlar və sualları cavabıyla bir yerdə tələbələrə paylasınlar. Hələlik bu göstəriş yazılı imtahanlara aid deyil. Çünki tələbələri elə orda “ilişdirirlər”. Əslində isə rektor yeni bir rüşvət piramidası qurub ki, burada rəhbər şəxslər birbaşa iştirak etmirlər və çətinə düşəndə kimisə “qurbanlıq” verməyə hazır durumdadırlar.
Dekanlar da bu gündən pul yığımına özünəməxsus qaydada başlayıblar. Belə ki, hər dekan özünə hər mənada yaxın olan bir xanım əməkdaşı bu işə cəlb edib. Məsələn folologiya fakültəsində dekan Zakir Ələsgərov Gözəl Yaqubova adlı xanımı bu işə təhrik edib. İqtisadiyyat və idarəetmə fakültəsində dekan Şahin Xurşudov isə eyni əməliyyatı Könül Əlizadə adlı xanıma həvalə edib. Bu siyahını bütün fakültələr üzrə davam etdirə bilərik. Nəticədə rektor Yusif Yusibovun yeni icad etdiyi korrupsiya şəbəkəsinin şahidi olarıq. Hər tələbədən orta hesabla 500-600 manat rüşvət alındığı nəzərə alınarsa rektorun hər semestrdən qazandığı pulun milyonla ölçüldüyünü riyaziyyatı bilməyən adam da hesablaya bilər. Yəqin ki, bu faktlar hüquq-mühafizə orqanları üçün də maraqlı olar.(aktualxeber.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi