olkepress.com
olkepress.com

Harris və Trampın YALANLARI

11-09-2024, 15:16

Harris və Trampın YALANLARI

Ötən gecə ABŞ prezidentliyinə namizədlər – Donald Tramp və Kamala Harris arasında teledebat baş tutub.

İddiaçılar bir-birinin ünvanına həqiqətə uyğun gəlməyən sərt ittihamlar səsləndiriblər.

BBC qarşılıqlı ittihamların nə qədər doğru olub-olmadığını araşdırıb. Həmin yazını təqdim edirik:

Donald Trampın iddiası: “Ohayoda miqrantlar ev heyvanlarını yeyirlər”.

Fakt: Bunun baş verdiyinə dair heç bir sübut yoxdur.

Harrisin iddiası: “Donald Trump bizə Böyük böhrandan (Great Depression) bəri ən pis işsizliyi miras buraxdı”.

Fakt: Trampın səlahiyyət müddətinin sonunda işsizlik səviyyəsi 6,4% təşkil edib. 2009-cu ilin oktyabrında dərin iqtisadi tənəzzül dövründə işsizlik 10%-ə çatmışdı.

Trampın iddiası: “ABŞ-yə başqa ölkələrin həbsxanalarından və ruhi dispanserlərindən qaçıb gələn milyonlarla miqrant var”.

Fakt: 2021-ci ilin yanvarından bəri ABŞ sərhədini keçən 10 milyon miqrant olub. Onlardan neçəsinin həbsxanada olduğu barədə məlumat yoxdur.

Harrisin iddiası: “Tramp prezident seçilsə, aborta qadağa qoyacaq”.

Fakt: Sabiq prezidentin belə bir fikri olmayıb. Bildirilib ki, bu addım müəyyən ştatlarda atılacaq.

Trampın iddiası: “Bayden dövründə inflyasiya ABŞ tarixində qeydə alınan ən pis nəticə idi”.

Fakt: “Düzdür, Bayden dövründə inflyasiya 9.1 % olsa da, ABŞ tarixində bundan da yüksək faiz dərəcəsinin qeydə alındığı zamanlar olub”.

Göründüyü kimi, tərəflər seçicilərin səsini qazanmaq üçün bir-birilərinin ünvanına dəqiqləşdirilməmiş ittihamlar səsləndiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi